Almaniya şirkəti Azərbaycanda yeni şüşə zavodu yaratmaq istəyir – ÖZƏL

Almaniya şirkəti Azərbaycanda yeni şüşə zavodu yaratmaq istəyir – ÖZƏL

Hazırda oxunan: Almaniya şirkəti Azərbaycanda yeni şüşə zavodu yaratmaq istəyir – ÖZƏL
638676
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanda butulka, banka və digər məhsulların istehsalı üçün yeni şüşə zavodunun yaradılması müzakirə olunur”.

Bunu Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərcivəsində Bizim.Media-ya açıqlamasında Almaniyanın  "IPS GmbH-Industrial Projects and Sales" şirkətinin idarəedici direktoru Peter Georg Reich bildirib. 
 

O qeyd edib ki, şirkət azərbaycanlı tərəfdaşlarla birlikdə layihə üzərində işləyir. Şirkət direktoru zavodun Azərbaycanın hansı bölgəsində yaradılacağının hələ müəyyən edilmədiyini qeyd edib.


Reich layihə ilə bağlı əlavə məlumat verməyib. O, bildirib ki, tərəflər arasında məxfilik müqavilələri imzalanıb və bu səbəbdən layihənin detalları açıqlanmır.

“Bu layihə mənim burada olmağımın əsas səbəbidir”, - deyə o əlavə edib.

Fəridə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO