Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək – SİYAHI

Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək – SİYAHI

Hazırda oxunan: Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək – SİYAHI

638673

Digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, həmçinin din xadimləri dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.

Bizim.Media xəbər verir ki, bu məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 25-də keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu siyahıya həm də:

- 65 yaşı tamam olan şəxslər (bu Məcəllənin 48.2-ci maddəsi nəzərə alınmaqla);

- fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
 

- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər;


- bu Məcəllənin 41.1.10-cu maddəsinə əsasən dövlət qulluğuna xitam verilmiş şəxslər (6 (altı) ay ərzində).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO