"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" – Rəqsanə ölən atasından yazdı - FOTO

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" – Rəqsanə ölən atasından yazdı - FOTO

Hazırda oxunan: "Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" – Rəqsanə ölən atasından yazdı - FOTO
638606
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Rəqsanə İsmayılova dünən vəfat atası Mirismayıl İsmayılovla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, ifaçı yazıb:

"Mən sənin qayğına hələ uşaq ikən möhtac idim, ata. Sən isə mənə ən çox lazım olduğun vaxtlarda yox idin. Mən böyüdüm, amma içimdə həmişə sənin sevgini gözləyən o balaca qız qaldı. İndi sən yoxsan. Nə səni gözləmək olur, nə də içimdə qalanları sənə demək...

Bəlkə də, mən sənin üçün heç vaxt tam bir qız ola bilmədim, amma sən mənim üçün həmişə ata olaraq qalacaqsan. Mən sənin yoxluğuna yox, heç vaxt yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram.

Allah rəhmət eləsin, ata". (unikal.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO