Ərdoğan: “Hörmüz ABŞ-la İranın məsələsi deyil”

Ərdoğan: “Hörmüz ABŞ-la İranın məsələsi deyil”

Hazırda oxunan: Ərdoğan: “Hörmüz ABŞ-la İranın məsələsi deyil”
638588
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazındakı vəziyyətin artıq yalnız ABŞ və İran arasında problem olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, Ərdoğan bunu ABŞ səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Türkiyə Prezidenti ölkəsinin Hörmüz boğazının gəmiçilik üçün bağlanmasının əleyhinə olduğunu vurğulayıb.

“Hörmüzdəki vəziyyət göstərir ki, məsələ artıq yalnız İranla ABŞ arasında problem deyil. Hörmüz boğazında gəmiçiliyin sərbəstliyinin qorunması vacibdir. Çünki boğazdakı hər bir gərginlik yalnız region ölkələrinə deyil, Avropaya, Asiyaya, enerji bazarlarına, nəqliyyata və milyonlarla insanın gündəlik həyatına birbaşa təsir edir”, - Ərdoğan bildirib.

Onun sözlərinə görə, son dövrdə kommersiya gəmiçiliyinin kəskin azalması problemin miqyasını açıq şəkildə göstərir.

Ərdoğan qeyd edib ki, Hörmüz boğazının açıq olması qlobal enerji təhlükəsizliyi və beynəlxalq ticarət üçün həyati əhəmiyyət daşıyır.

“Problemlərin dialoq və danışıqlar yolu ilə həllinin açarı kimi Hörmüz açılmalıdır. Bütün tərəflərə mümkün qədər tez danışıqlar masasına qayıtmağın vacibliyini bildiririk. Yeni cəbhələr deyil, yeni diplomatik kanallar açılmalıdır”, - Türkiyə Prezidenti deyib. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO