Azərbaycan dayanıqlılıq indeksinə görə Cənubi Qafqazda LİDERDİR

Azərbaycan dayanıqlılıq indeksinə görə Cənubi Qafqazda LİDERDİR

Hazırda oxunan: Azərbaycan dayanıqlılıq indeksinə görə Cənubi Qafqazda LİDERDİR

638648

“Cənubi Qafqazda dayanıqlılıq indeksinə görə Azərbaycan birinci yerdədir”.

Bizim.Media xəbər verir ki, bunu The European House – Ambrosetti & TEHA Group-un icraçı direktoru Ceyn Uizerspun Valerio De Mollini Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərcivəsində “Azərbaycan və Cənubi Qafqaz: İnvestisiya artımı üçün mərkəzi mərkəz” adlı təqdimatda bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Dinamika İndeksinə görə 2026-cı ildə dünya üzrə 15-ci yerdədir.
 

"Dayanıqlılıq İndeksinə görə isə son səkkiz ildə Azərbaycan güclü dayanıqlılıq nümayiş etdirir. Elmi nəşrlərin inkişafı baxımından Azərbaycan yenə dünya üzrə ilk sıralarda yer alır. Təsir miqyasına görə dünyada altıncı, enerji baxımından isə dünya üzrə dördüncü yerdədir. Bu, investisiyaların cəlb edilməsi və bazara çıxmaq üçün mühüm nəticədir. Hökumətin effektivliyi baxımından isə dünyada ikinci yerdəsiniz. Azərbaycan təhlükəsiz ölkələrdən biridir". 


O qeyd edib ki, makro səviyyələrdə Azərbaycanın inkişaf göstəriciləri və innovasiyalara açıqlığı yüksək səviyyədə inkişaf etməkdədir.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO