İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

638662

“Azərbaycanın qlobal strateji tərəfdaşlıqları və qeyri-neft sektoruna artan xarici investisiyalar emal sənayesi, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiyaya yol açır”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına MÜRACİƏT


"Bu müsbət meyilləri beynəlxalq reytinq agentlikləri də etiraf edib. "Fitch" və "Moody's" Azərbaycanın suveren kredit reytinqlərini investisiya səviyyəsinə yüksəldib, növbəti dövrə proqnozu müvafiq olaraq "sabit" və "müsbət" kimi qiymətləndirib. Maliyyə dayanıqlığımız 2025-ci ilin sonunda ÜDM-in 110 %-ni ötmüş strateji valyuta ehtiyatlarımızla da bir daha təsdiqlənir", - deyə o qeyd edib.

Bundan başqa, dövlət başçısı deyib ki, Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib:

"Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP əlaqəlilik marşrutu kimi də tanınır – isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO