Çexiyalı qapıçı Marek Kalina danışılmış oyunlar və korrupsiya ilə bağlı sərt cəzalandırılıb.
Bizim.Media “qol.az”a istiandla xəbər verir ki, "L'equipe" nəşrinin məlumatına görə, Çexiya Futbol Assosiasiyası 29 yaşlı futbolçunu 20 il müddətinə futboldan uzaqlaşdırıb və 500 min kron (təxminən 20,5 min avro) cərimələyib.
Kalina 5 il ərzində baş verdiyi müəyyənləşdirilən 11 epizod üzrə təqsirli bilinib. Ona assosiasiyanın təşkil etdiyi bütün tədbirlərdə iştirak etmək də qadağan edilib.
İntizam komissiyası qərar zamanı pozuntuların sayını, uzun müddət davam etməsini və digər sübutları nəzərə alıb. Etika Komitəsi isə hadisələrin sistemli şəkildə və maddi qazanc məqsədilə törədildiyini bildirib.
Qeyd edək ki, Kalinanın son klubu Çexiya çempionatının dördüncü divizionunda çıxış edən “Znoymo” olub.
Bizim.Media





































































































