Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda görüşdü - FOTO

Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda görüşdü - FOTO

Hazırda oxunan: Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda görüşdü - FOTO
638597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində əziz qardaşım, prezident Məsud Pezeşkianla görüşməkdən məmnun oldum”.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif öz “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, tərəflər Pakistan və İran arasında dərin və uzunmüddətli əlaqələri, eləcə də qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi istəklərini bir daha təsdiqləyiblər.
 

“Həmçinin regionda dəyişən vəziyyətlə bağlı mühüm fikir mübadiləsi apardıq. Pakistanın uzunmüddətli münaqişədən dərin narahatlığını bir daha ifadə etdim və təmkin, gərginliyin azaldılması və davamlı diplomatiyanın təcili zəruriliyini vurğuladım.


Biz İslamabad Anlaşma Memorandumunun müddəalarını inkişaf etdirmək əzmindəyik və regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səmimi və konstruktiv rolumuzu davam etdirəcəyik.

Prezident Pezeşkianın Pakistan-İran dostluğuna sadiqliyini və regionda sülhün təmin olunması üçün bu mühüm məqamda sıx koordinasiyamızı yüksək qiymətləndirirəm”, - Baş nazir əlavə edib. (apa.az)

Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda görüşdü - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO