BİZİM TƏQVİM: 25 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 25 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 25 sentyabrda baş vermiş tarixi hadisələr
638541
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

25 sentyabr 1989-cu ildə Azərbaycan Ali Soveti suverenlik haqqında bəyannamni qəbul edib.

Bəs sentyabrın 25-də dünyada daha hansı hadisələr baş verib?

1. 25 sentyabr 1396-cı ildə Osmanlı dövlətinə qarşı Papalığın təşkil etdiyi səlib ordusu Niğboluda müharibəyə başladı. Osmanlı sultanı Yıldırım Bəyazid səlib ordusunu məğlub edərək qələbə qazandı.

2. Kolumb 25 sentyabr 1493-cü ildə ikinci dəfə Amerikaya səyahətə yola düşür.

3. 25 sentyabr 1763-cü ildə Rusiyada ilk ictimai xəstəxana açılıb.

4. 1804-cü ilin bu günündə Amerikada ilk insan hüquqları Bəyannaməsi qəbul edilib.

5. 1950-ci ildə Koreya müharibəsi zamanı sentyabrın 25-də BMT əsgərləri Seulu ələ keçirdi. Həmin gün BMT-nin tabeliyinə verilən və 4500 əsgərdən ibarət Türkiyə hərbi hissəsi İskəndərundan hərəkətə keçdi.

6. 25 sentyabr 1957-ci ildə ABŞ-ın Los Anceles ştatında 9 qaradərili uşağın ağdərililərin olduğu məktəbə getməsinə ağdərililər tərəfindən etiraz edildi.

7. 25 sentyabr 1978-ci ildə ABŞ-da San-Dieqo şəhərində ağır təyyarə qəzası baş verib. “Pacific Southwest Airlines”ə məxsus və Sakramento-Los Anceles-Sandieqo reysini həyata keçirən “Boeing-727-214” tipli sərnişin təyyarəsi eniş zamanı “Cessna 172” kiçikhəcmli təyyarə ilə toqquşub. Toqquşma nəticəsində 144 nəfər həlak olub.

8. 25 sentyabr 1970-ci ildə Bakıda Bakmil metrostansiyasının açılışı olub.

9. Türkiyədən oğurlanan və ABŞ-ın Metropolitan muzeyində nümayiş etdirilən, 432 hissədən ibarət “Karun xəzinəsi” 1993-cü il sentyabrın 25-də ölkəyə geri gətirildi.

10. 25 sentyabr 2011-ci ildə Bakıda boks üzrə XVI dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

11. 25 sentyabr 2017-ci ildə Almaniyada keçirilən parlament seçkilərində İkinci Dünya Müharibəsindən sonra ilk dəfə irqçi partiya məclisdə yer aldı.

12. İraqın şimalındakı Bərzani hökuməti 2017-ci ilin 25 sentyabrında müstəqillik üçün referendumu keçirdi. İraq, Türkiyə və Suriya bölgədə həyata keçirilən bu prosesə icazə verməyəcəklərini açıqladılar.

13. 2018-ci ilin bu günündə Azərbaycanın ikinci rabitə peyki Azerspace-2 Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə orbitə buraxılıb.

14. 25 sentyabr 2018-ci ildə Azərbaycan və San-Tome və Prinsipi arasında diplomatik əlaqələr qurulub.

Sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1970-ci ilin 25 sentyabr tarixində “Qərb cəbhəsində yenilik yoxdur” kitabının müəllifi, alman yazıçısı Erix Mariya Remark dünyadan köçüb.

2. Azərbaycan şairi Mirzə Əli Möcüz 25 sentyabr 1934-cü ildə vəfat edib.

3. Azərbaycan kinorejissoru, televiziya rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Azərbaycan kinosunda "müəllif" kinosunun nümayəndələrindən biri Arif Babayev 25 sentyabr 1928-ci ildə anadan olub.

4. Azərbaycan hərbçisi, Milli Qəhrəman Sərdar Səfərov 25 sentyabr 1991-ci ildə şəhidlik zirvəsinə ucalıb.

5. 25 sentyabr 2012-ci ildə Türkiyənin xalq mahnıları sənətkarı Neşet Ertaş həyatla vidalaşıb.
 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO