Mikayıl Cabbarov: “Biz etimadı sübut üzərində qururuq”

Mikayıl Cabbarov: “Biz etimadı sübut üzərində qururuq”

Hazırda oxunan: Mikayıl Cabbarov: “Biz etimadı sübut üzərində qururuq”

638634

“Azərbaycan artıq etibarlı ticarət marşrutu qura bilib”. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında bildirib. 

Onun sözlərinə görə, Azərbaycan regionda və regiondan kənarda 16 ölkəni enerji ilə təchiz edir.

"Elə bir dövrdə yaşayırıq ki, dövlətlər və bizneslər “hara investisiya qoyaq?”, “hansı əlaqələrə, hansı suallara cavab verək?” məsələləri ilə üzləşirlər. Qloballaşma hər şeyin formasını dəyişir. Dəyər zəncirinin optimallaşdırılması iqtisadi qərarlarda önəm daşıyır.
 

Ötən altı il ərzində - pandemiyadan sonra geosiyasi gərginliklərin şahidi olduq. Tarif subsidiyaları, ixraca nəzarət strateji sənayelərə təsirini göstərə bilər. Hər kəs güclü olmaq istəyir, amma güclü olmağın xərci var.


Biz inanırıq ki, dövlətlər bütün riskləri aradan qaldıra bilməz. Bununla belə, siyasətlər daha proqnozlaşdırıla bilən ola bilər. Biz etimadı bunun üzərində qurmalıyıq. Biz etimadı sübut üzərində qururuq. 

Bizim üç böyük sübutumuz var. 

Bunlarin birincisi uzunmüddətli öhdəliklərin yerinə yetirilməsidir. Əsrin müqaviləsi 1994-cü ildə imzalanıb. Otuz ildən çoxdur ki, biz tərəfdaşlarla birlikdə etibarlı enerji təchizatçısı kimi tanınırıq. Azərbaycan regionda və regiondan kənarda 16 ölkəni enerji ilə təchiz edir.

Uzunmüddətli tərəfdaşlıqlar yeni investisiyalar cəlb edir. Bu o deməkdir ki, ənənəvi enerji ilə yanaşı, bərpa olunan enerjiyə də önəm verilir.

Makroiqtisadi sabitlik isə ikinci məsələdir. Azərbaycanın maliyyə sabitliyi buna gözəl bir zəmin yaradır.

Üçüncü istiqamət proqnozlaşdırıla bilən marşrutlar və qaydaların uyğunluğudur. Azərbaycan artıq etibarlı ticarət marşrutu qura bilib".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO