Emin Hüseynovdan Qarabağda yeni layihələrin ANONSU – EKSKLÜZİV

Emin Hüseynovdan Qarabağda yeni layihələrin ANONSU – EKSKLÜZİV

Hazırda oxunan: Emin Hüseynovdan Qarabağda yeni layihələrin ANONSU – EKSKLÜZİV

638645

“Tikinti və bərpa işləri hər üç rayonda – Ağdam, Füzuli, Xocavənd rayonlarında davam edəcək. Həm şəhərdə, həm yeni kəndlərdə, eyni zamanda mövcud kəndlərdə ikinci mərhələdə bərpa işləri aparılacaq”.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Bizim.Media-ya açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - VİDEO


"Yəni birinci mərhələdə tikinti aparılıb, ikinci mərhələləri də biz işləri davam etdirməliyik. Çünki əhali arasında, xüsusilə artıq buraya köçmüş əhali arasında və bundan sonra köçmək istəyənlər arasında böyük istək var. Bizim vətəndaş qəbullarımız da bunu göstərir. O baxımdan, birinci mərhələdə salınmış kəndlərdə ikinci mərhələdə tikinti işlərinin davam etdirilməsi ən vacib prioritetlərdən biridir”, - deyə Emin Hüseynov qeyd edib.

Xüsusi nümayəndə bildirib ki, bundan sonra da sənaye müəssisələrinin tikintisi prosesi davam edəcək:

"Ağdam Sənaye Parkında 30-dan çox rezident fəaliyyət göstərir, doqquzu hətta artıq istehsal fəaliyyətinə başlayıb.

Amma Qarabağ və Şərqi Zəngəzurda xüsusi iqtisadi rejim elan olunduğu üçün mövcud güzəştlərdən, dövlət təşviq mexanizmlərindən yararlanmaq istəyən şirkətlərin, sahibkarların sayı gündən-günə artır. Xüsusilə Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə kənd təsərrüfatı və emal sahəsində fəaliyyət göstərmək istəyən sahibkarların sayı çox artır. Nəzərə alsaq ki, yeni dövlət proqramı təsdiq olunub, istehsal sahəsində bunların hamısı paralel olaraq getdikcə daha da çox olacaq.

Çünki əhali ora köçdükcə həm işçi qüvvəsi, həm müştəri bazası, həm də infrastruktur formalaşır ki, bu da ekosistemin vacib elementləridir. Əminəm ki, orada emal sənayesi müəssisələri də olacaq".

Xarici şirkətlərin Qarabağa marağı artır
 

Emin Hüseynov bildirib ki, hər ay müxtəlif xarici şirkətlərlə, istər səfərlər vasitəsilə, istər şirkətlərin öz xətti ilə müxtəlif kontaktlar olur:


"Onların səfərləri zamanı biz imkanlar haqqında təqdimatlar edirik. Sözsüz ki, bir çox xarici şirkətlər hal-hazırda işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərirlər. Sadəcə, onlar birgə müəssisələr şəklində və yaxud təchizatçı qismində fəaliyyət göstərirlər. Yəni sırf 100 faizlik xarici kapital kimi fəaliyyət göstərən şirkət, hələ ki yoxdur. İnşallah, ümidimiz odur ki, bundan sonra olacaq.

Eyni zamanda Türkiyə şirkətləri hər zaman Qarabağda fəaliyyətə maraq göstərir, onlar hər zaman yanımızdadırlar. Yaponiya şirkətləri çox maraqlıdılar. Son zamanlarda Çin şirkətləri, bəzi tikinti materiallarının satışı və yaxud emalı, burada istehsalının qurulması, prefabrik materialların hazırlanması, yəni tikintinin sürətinin və keyfiyyətinin artırılması baxımından müəyyən təkliflərlə çıxış ediblər. Sözsüz ki, bunların hamısını biz dəyərləndiririk. Onların biznes planlarına baxırıq, iqtisadi-maliyyə dayanıqlıqlarına baxırıq. Amma nəticə etibarilə bilirsiniz, bir biznesin qurulması üçün bir çox amillər nəzərə alınmalıdır".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO