Nazir: “Süni intellektin həm yaradıcısı, həm də istifadəçisi olmaq mümkündür”

Nazir: “Süni intellektin həm yaradıcısı, həm də istifadəçisi olmaq mümkündür”

Hazırda oxunan: Nazir: “Süni intellektin həm yaradıcısı, həm də istifadəçisi olmaq mümkündür”

638655

“İstehsalda, iqtisadiyyatda məhsuldarlığın artırılması, hər bir vətəndaşın məhsuldarlığının təmin edilməsi məsələsi Azərbaycan üçün önəmlidir”. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərcivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” adlı yüksəksəviyyəli panel müzakirəsində deyib. 

Rəqəmsallaşmaya diqqət çəkən nazir süni intellektlə bağlı milli strategiyanın hazırlanmasın vacibliyini bildirib:
 

"Süni intellektin bir tərəfdən yaradıcısı, digər tərəfdən isə istifadəçisi olmaq mümkündür. Biz burada öz rolumuzu müəyyənləşdirməliyik. Azərbaycanda enerjiyə əlçatanlıq və enerji xərcləri baxımından üstünlüklər var. Sənayeləşməni davam etdiririk. Mövcud tərəfdaşlıqlar, regional mərkəzlərlə qurulan tərəfdaşlıqlar bizim üçün önəmlidir. Körfəz ölkələri ilə artan ticarət də vacibdir. Biz təkcə kapital deyil, həm də bilik transferində tarixi rol oynayırıq". 


Nazir sonda qeyd edib ki, sabah Prezident İlham Əliyevin iştirakı ilə sazişlər imzalanacaq.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO