Qızlar da, oğlanlar da oxuyub-anlamada ZƏİFDİR

Qızlar da, oğlanlar da oxuyub-anlamada ZƏİFDİR

Hazırda oxunan: Qızlar da, oğlanlar da oxuyub-anlamada ZƏİFDİR

638577

Azərbaycanda şagirdlərin PISA qiymətləndirməsi üzrə nəticələrində əvvəlki dövrlə müqayisədə irəliləyiş olsa da, oxuyub-anlama bacarıqları diqqət tələb edir. Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bu sahədə oğlan şagirdlərin göstəriciləri qızların nəticələrindən geri qalır.

Bizim.Media xəbər verir ki, “modern.az”a açıqlamasında ekspert oxuyub-anlama ilə bağlı çətinliklərin həm bölgələrdə, həm də paytaxtda müşahidə olunduğunu bildirib.
 

“Əvvəlki illərlə müqayisədə nəticələr daha yaxşıdır. Amma bununla yanaşı, şagirdlərin oxuyub-anlama bacarıqlarında ciddi problemlər görünür. Oğlanların göstəriciləri də qızlarla müqayisədə aşağıdır. Növbəti dövrdə bu fərqin azaldılması və oxuyub-anlama bacarıqlarının inkişafı istiqamətində konkret işlər görülməlidir”, – o deyib.


Elçin Əfəndi riyaziyyat üzrə nəticələrdə də əvvəlki dövrlə müqayisədə irəliləyiş olduğunu qeyd edib. Onun sözlərinə görə, son qiymətləndirmədə qızların riyazi təfəkkür göstəriciləri oğlanların nəticələrindən yüksək olub.

Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar PISA nəticələrində üzə çıxan fərqləri təhlil etməli, xüsusilə oxuyub-anlama bacarıqlarının və oğlan şagirdlərin nəticələrinin yüksəldilməsini diqqətdə saxlamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO