Nouriel Roubini: “Qlobal bazarın intizamı iqtisadiyyatı formalaşdıran əsas amillərdəndir” – VİDEO

Nouriel Roubini: “Qlobal bazarın intizamı iqtisadiyyatı formalaşdıran əsas amillərdəndir” – VİDEO

Hazırda oxunan: Nouriel Roubini: “Qlobal bazarın intizamı iqtisadiyyatı formalaşdıran əsas amillərdəndir” – VİDEO

638667

“Qlobal iqtisadiyyatı və bazarları formalaşdıran əsas amillər sırasında bazar intizamı, geosiyasi gərginliklər, süni intellekt və texnologiyaların tətbiqi ilə bağlı proseslər xüsusi əhəmiyyət daşıyır”.

Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışı zamanı deyib.

N.Roubini bildirib ki, məsələyə ən azı iki əsas problem tsikli prizmasından yanaşmaq lazımdır.

Onlardan birincisi qlobal iqtisadiyyatı və bazarları formalaşdıran, eyni zamanda, təchizat zəncirlərində sarsıntılara səbəb olan neqativ amillərlə bağlıdır. Burada bazar intizamı, eləcə də süni intellekt və texnologiyaların tətbiqi zamanı yaranan problemlər əsas rol oynayır.

İqtisadçının sözlərinə görə, ötən ilin aprelində ABŞ-də orta tarif dərəcələrinin 20 faizdən 30 faizə yüksəlməsi qlobal iqtisadiyyat üçün ciddi risklər yaradıb. Tariflərin 30 faiz səviyyəsində qalması ABŞ iqtisadiyyatında resessiya və yüksək inflyasiya risklərini əhəmiyyətli dərəcədə artıra bilərdi.
 

Lakin aprel ayında iki həftə ərzində baş verən proseslər nəticəsində bu göstərici 15 faizə qədər geriləyib.


N.Roubini deyib ki, həmin dövrdən sonra “Nasdaq” indeksində 25 faizlik dinamika müşahidə olunub. Biznes aktivliyi 10 illik trayektoriya üzrə 80 bəndlik göstəriciyə çatıb, ən yüksək spred isə 165 bənd təşkil edib.

İqtisadçı bazar təzyiqlərinin iqtisadi siyasətə təsirindən də danışıb:

“Siyasi rəhbərlik bazarlarda kütləvi satışların maliyyə şoklarına, ABŞ-də və qlobal miqyasda resessiyaya, eləcə də orta müddətli fəaliyyət planlarının pozulmasına səbəb ola biləcəyini nəzərə alıb. Bu baxımdan daxili inflyasiya riskləri və bazar böhranları nəzərə alınaraq daha konservativ yanaşmanın tətbiqi tövsiyə olunub”.

N.Roubini bazar intizamına təsir göstərən digər mühüm amil kimi geosiyasi gərginlikləri qeyd edib. İranda başlayan hərbi əməliyyatlardan iki ay sonra neftin qiyməti 120 dollar həddinə yüksəlib və bu, istiqraz bazarında ciddi dəyişikliklərə səbəb olub.

O, istiqraz bazarının qlobal iqtisadiyyatda rolunu ABŞ-nin sabiq Prezidenti Bill Klintonun müşaviri Cım Karvillin məşhur ifadəsi ilə izah edib:
 

“Əgər reinkarnasiya olunub yenidən dünyaya gəlsəydim, prezident və ya Roma Papası deyil, istiqraz bazarı olmaq istəyərdim. Çünki o, hər kəsi qorxutmaq və istənilən qərarı dəyişdirmək gücünə malikdir”. Bu reallıq göstərir ki, bazar təzyiqləri fonunda hətta ABŞ kimi nəhəng dövlətlər də bəzən optimal qərarlar qəbul etməkdə çətinlik çəkirlər”.


İqtisadçı ikinci əsas amil kimi süni intellekt və texnoloji transformasiyanı göstərib. Bildirib ki, bu proses müasir dövrdə qlobal iqtisadiyyatın ən mühüm mexanizmlərindən birinə çevrilib. Süni intellekt və texnologiyalar sahəsində gedən proseslər yalnız ABŞ və Çin arasındakı rəqabətlə məhdudlaşmır. Bu, süni intellekt texnologiyalarının tətbiq olunduğu ölkələri və qlobal təchizat zəncirini əhatə edən genişmiqyaslı transformasiyadır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO