İtaliyalı nazir: “Mütəxəssislərimiz Azərbaycanda fəaliyyət göstərəcək” – VİDEO

İtaliyalı nazir: “Mütəxəssislərimiz Azərbaycanda fəaliyyət göstərəcək” – VİDEO

Hazırda oxunan: İtaliyalı nazir: “Mütəxəssislərimiz Azərbaycanda fəaliyyət göstərəcək” – VİDEO

638669

“İtaliyanın Bakı ilə çox sıx əlaqələri var. Biz investorlarla birlikdə bunu daha da inkişaf etdirə və tərəfdaşlıq qura bilərik”.

Bizim.Media xəbər verir ki, bunu İtaliyanın Müəssisələr və “Made in Italy” nazirinin müavini Valentino Valentini İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” adlı yüksək səviyyəli panel müzakirəsinə göndərdiyi videomüraciətində bildirib.
 

O qeyd edib ki, Ələt iqtisadi zonasında Azərbaycanla İtaliya arasında mühüm sənədlər imzalanıb.


“İtaliyalı mütəxəssislər bundan sonra da Azərbaycanda fəaliyyət göstərəcəklər". 

O bildirib ki, əməkdaşlıq süni intellekt, kosmik texnologiyalar və digər sahələri də əhatə edə bilər.


Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO