Macarıstan şirkətləri Qarabağda quruculuq işlərində iştirak edəcək 

Macarıstan şirkətləri Qarabağda quruculuq işlərində iştirak edəcək 

Hazırda oxunan: Macarıstan şirkətləri Qarabağda quruculuq işlərində iştirak edəcək 
0:00
0:00
58498
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa layihələrində iştirak etməyə hazırdır”. 

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan XİN rəhbəri ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Macarıstan ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır, iki ölkə arasında ticarət dövriyyəsi son illərdə artmaqdadır. 

Getdikcə daha çox Macarıstan şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını kəşf edir. 

“Biz Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməyə hazırıq”, - Siyarto deyib. 
Xarici işlər və ticarət nazirinin sözlərinə görə, Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və alternativ enerji mənbələrinin istehsalı üçün avadanlıq tədarükü layihələrində iştirak etməyə hazırdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO