Azərbaycanın iqtisadi artım sürəti 4,8 faizə çatdı

Hazırda oxunan: Azərbaycanın iqtisadi artım sürəti 4,8 faizə çatdı

41780

Azərbaycanın iqtisadi artım tempi aybaay daha da sürətlənir.

Bizim.Media xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, 2021-ci ilin ilk 9 ayında Azərbaycanda ÜDM-in artım tempi 6,2 faiz böyüyən qeyri-neft sektorunun drayverliyilə 4,8 faiz qeydə alınıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Dünya Bankı: “Azərbaycanda iqtisadi artım gözləniləndən böyük olacaq”


“BVF Azərbaycan iqtisadiyyatının bu il 3 faiz artmasını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozları üstələyir və milli iqtisadiyyata güvənin artmasını göstərir.

Lakin milli iqtisadiyyatın artım tempi həm BVF-nin, həm də Dünya Bankının proqnozlarını əhəmiyyətli şəkildə üstələyir. Artıq Azərbaycanda iqtisadi artım tempi “Dünya iqtisadi icmalı”nda Orta Şərq və Mərkəzi Asiya üçün proqnozlaşdırılan 4,1 faizlik həddi üstələyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO