“Naxçıvan Bank”ın maliyyə balansı yaxşıdır, heç bir problem yoxdur” – Taleh Kazımov 

“Naxçıvan Bank”ın maliyyə balansı yaxşıdır, heç bir problem yoxdur” – Taleh Kazımov 

Hazırda oxunan: “Naxçıvan Bank”ın maliyyə balansı yaxşıdır, heç bir problem yoxdur” – Taleh Kazımov 
189888
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanın yeganə regional bankı “Naxçıvan Bank” ASC-nin maliyyə balansı yaxşıdır və heç bir maliyyə problemi yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, “Naxçıvan Bank” portfelinin bir hissəsini “Kapital Bank” ASC-yə satıb:

“Bu səhmdarların qərarıdır. Hazırda da səhmdarlar müəyyən məsələləri müzakirə edib qərarlar verəcəklər. Ancaq bankın fəaliyyətində, maliyyə dayanıqlılığında bir problem yoxdur”.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın portfelinin “Kapital Bank”a satılmasından öncə 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82 %-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsus idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO