Latviyanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfəyə yaxın ARTIB 

Hazırda oxunan: Latviyanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfəyə yaxın ARTIB 

186835

2023-cü il ərzində Latviya Azərbaycan iqtisadiyyatına 12 milyon 950 min ABŞ dolları investisiya yatırıb. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən illə müqayisədə 2.6 dəfə və ya 8 milyon 38 min ABŞ dolları artıb. 

Belə ki, 2022-ci il ərzində Latviyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 4 milyon 912 min ABŞ dolları təşkil edib. 
Qeyd edək ki, 2023-cü il ərzində Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 6 milyard 658 milyon ABŞ dollarına bərabər olub. 

Xatırladaq ki, ötən il Latviya ilə Azərbaycanın ticarət dövriyyəsi 64 milyon 945 min ABŞ dolları təşkil edib. Belə ki, 2023-cü ildə Azərbaycandan Latviyaya 45 milyon 181 min ABŞ dolları dəyərində məhsul ixrac edilib, Latviyadan ölkəyə isə 19 milyon 764 min ABŞ dolları dəyərində məhsul idxal edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO