Mikayıl Cabbarov:

Mikayıl Cabbarov: "Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır"

Hazırda oxunan: Mikayıl Cabbarov: "Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır"

184252

Çin Azərbaycanın mühüm və qarşılıqlı ticarət dövriyyəsi artmaqda davam edən ticarət tərəfdaşıdır. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində deyib. 

“Ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3 milyard ABŞ dollarını ötüb. Ticarət dövriyyəsində ikirəqəmli artım qeydə alınıb və bu, davam edir. Bizim Çində daimi ticarət nümayəndəliyimiz fəaliyyət göstərir. Bir sıra Çin şirkətləri Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirir. Onlar bərpa olunan enerji sahəsində, sənaye istehsalı sahəsindədir, eyni zamanda sənaye parkları çərçivəsində də əməkdaşlıq qurulub”, - nazir bildirib. 

M.Cabbarovun sözlərinə görə, bütün bunların əsasında mükəmməl siyasi əlaqələr dayanır:

“Azərbaycan “vahid Çin” siyasətini dəstəkləyir və bu, münasibətlərimizdə çox möhkəm təməldir”. 

Onun sözlərinə görə, Azərbaycanın bir çox tərəfdaşları ilə sıx əlaqələri var:

“Bizim əsas ticarət tərəfdaşlarımız Avropa İttifaqı, Çin, Rusiya Federasiyası, təbii ki, Türkiyə, Mərkəzi Asiya dövlətləri və Fars körfəzi ölkələridir. Bu, müəyyən mənada bizim qarşılıqlı investisiyalar strukturumuzu əks etdirir. Azərbaycan həm də müxtəlif nəqliyyat yollarının kəsişməsində yerləşir və “Şərq-Qərb” Çini Avropa ilə birləşdirən və Xəzər dənizi, Azərbaycan vasitəsilə Mərkəzi Asiya dövlətlərindən keçən ən qısa marşrutdur. Eyni sözləri “Şimal-Cənub” nəqliyyat dəhlizi haqqında da demək lazımdır. Coğrafi mövqeyimiz də müəyyən mənada iqtisadi tərəfdaşlığımızı da müəyyən edir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO