Gürcüstanın ən böyük ticarət tərəfdaşları: Azərbaycan 4-cü yerdədir

Gürcüstanın ən böyük ticarət tərəfdaşları: Azərbaycan 4-cü yerdədir

Hazırda oxunan: Gürcüstanın ən böyük ticarət tərəfdaşları: Azərbaycan 4-cü yerdədir

183455

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycan ilə ticarət dövriyyəsi 207, 2 milyon dollar təşkil edib. Azərbaycan bu göstərici ilə Gürcüstanın ən böyük xarici ticarət tərəfdaşları arasında dördüncü yerdədir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Statistika Xidmətinin hesabatında yer alıb.

Bildirilir ki, hesabat dövründə Gürcüstanın ən böyük ticarət tərəfdaşı Türkiyə olub. Cari ilin ilk iki ayında iki ölkə arasında ticarət dövriyyəsi 471,8 milyon dollar təşkil edib ki, bu da Gürcüstanın ümumi ticarət dövriyyəsinin 16 faizi deməkdir.

2024-cü ilin yanvar-fevral aylarında Gürcüstanın ən böyük 5 ticarət tərəfdaşı sırasında Rusiya 410,6 milyon dollarla ikinci, Çin 221,7 milyon dollarla üçün yerdə qərarlaşıb.

Gürcüstanın ilk on ticarət tərəfdaşına, həmçinin Almaniya, Qırğızıstan, Ermənistan, Qazaxıstan və İtaliya daxildir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO