Dərman satışında KƏSKİN ARTIM – Xəstəliklər artıb, YOXSA...

Dərman satışında KƏSKİN ARTIM – Xəstəliklər artıb, YOXSA...

Hazırda oxunan: Dərman satışında KƏSKİN ARTIM – Xəstəliklər artıb, YOXSA...

165957

2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə topdansatış ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,1 faiz artaraq 22087,5 milyon manata bərabər olub. Bunun da 4,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların topdan satışı sayəsində formalaşıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin ümumi həcmi 46 milyon 173,2 min manat həcmində olub. Bunun da 2,2 faizi və ya 1 milyon 039 min manat əczaçılıq məhsulları və tibbi ləvazimatlarına sərf olunub. Bu da ötən illə müqayisədə 5.1 faiz çoxdur. 
 

MÖVZU İLƏ BAĞLI:

İmmuniteti gücləndirən dərman YOXDUR?


Dərman satışlarının artması nə ilə bağlıdır?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan tibb elmləri doktoru Adil Qeybulla, bu məhsullara istehlakın artmasının tibbi sığorta paketinin genişlənməsi ilə bağlı olduğunu bildirib:

“Bu da göstərir ki, ölkəmizdə tibbi ləvazimatlara və əczaçılıq məhsullarına tələbat getdikcə artır. Müalicə prossedurları, cərrahiyyə əməliyyatları və digərləri ciddi şəkildə genişlənir. İcbari tibbi sığorta paketinin şəbəkəsi də digər tərəfdən artmaqda davam edir. 

Bunlar da öz növbəsində bu cür statistik mənzərəni ortaya çıxarır. Pandemiyadan sonrakı dövlərdə isə fəallığın artması başqa bir tərəfdən dərman istehlakını və tibbi ləvazimatlara olan ehtiyacın yaranmasını stimullaşdırdı ki, bu da təbii artımdır”. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO