Azərbaycan Rusiyaya nə qədər qeyri-neft məhsulları ixrac edib?

Azərbaycan Rusiyaya nə qədər qeyri-neft məhsulları ixrac edib?

Hazırda oxunan: Azərbaycan Rusiyaya nə qədər qeyri-neft məhsulları ixrac edib?
160188
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 787 milyon 347 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Dövlət Gömrük Komitəsinin hazırladığı hesabatda yer alıb.

Mənbə qeyd edir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.7% və ya 185.1 milyon dollar çoxdur. 2022-ci ilin ilk 9 ayında Azərbaycandan Rusiyaya 602 milyon 185 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Rusiya arasında olan ticarət dövriyyəsi illik müqayisədə 23.5% və ya 595.3 milyon dollar artaraq 3 milyard 133.5 milyon dollara bərabər olub. Bu dövrdə Rusiyaya ümumi ixrac 864 milyon dollar, Rusiyadan ümumi idxal isə 2 milyard 269.5 milyon dollar təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8.01%-ə yüksəlib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO