Qarabağda qısa müddətdə mühüm infrastruktur layihələri icra olunub

Qarabağda qısa müddətdə mühüm infrastruktur layihələri icra olunub

Hazırda oxunan: Qarabağda qısa müddətdə mühüm infrastruktur layihələri icra olunub
159196
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2020-ci ildə əzəli torpaqlarımızın erməni işğalından azad olunmasından dərhal sonra Azərbaycan genişmiqyaslı bərpa-yenidənqurma işləri həyata keçirməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası KEÇİRİLİR 


Həmin ərazilərdə çox qısa müddət ərzində böyük əhəmiyyət kəsb edən infrastruktur layihələrinin icra olunduğunu, o cümlədən iki beynəlxalq hava limanının tikilib istifadəyə verildiyini vurğulayan nazir bildirib:

“Azad olunmuş ərazilərdə üçüncü hava limanının tikintisi Laçında davam etdirilir”.

Füzuli şəhərində artıq istifadəyə verilmiş məktəbə və tikintisi davam etdirilən yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistan və Qazaxıstana minnətdarlığını bildirən C.Bayramov bunu ölkələrimiz arasında olan qardaşlıq və həmrəyliyin bariz nümunəsi hesab edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO