Azərbaycan iqtisadiyyatı cüzi ARTIB 

Azərbaycan iqtisadiyyatı cüzi ARTIB 

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatı cüzi ARTIB 

154799

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 80 milyard 096,4 milyon manatlıq və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. 

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 % artıb. 

ÜDM istehsalının 42,4 %-i sənaye, 9,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 %-i tikinti, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrinin, 17,6 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 %-ni təşkil edib. 
Əhalinin hər nəfərinə düşən ÜDM 7 895 manata bərabər olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO