Son 7 ayda dövlət büdcəsinin gəlirləri nə qədər olub?

Son 7 ayda dövlət büdcəsinin gəlirləri nə qədər olub?

Hazırda oxunan: Son 7 ayda dövlət büdcəsinin gəlirləri nə qədər olub?
151179
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 479,9 milyon manat, xərcləri isə 14 milyard 63,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, büdcənin icrasında yaranmış 1 milyard 416,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 2,3 faizinə bərabər olub.

Daxilolmaların 33,86 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 26,26 faizi əlavə dəyər vergisi, 5,34 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5,27 faizi fiziki şəxslərin gəlir vergisi, 4,14 faizi aksizlər, 1,12 faizi sadələşdirilmiş vergi, 1,99 faizi vergilərin digər növləri, 22,02 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO