OPEC-dən PROQNOZ: Neftə tələbat ARTACAQ  

OPEC-dən PROQNOZ: Neftə tələbat ARTACAQ  

Hazırda oxunan: OPEC-dən PROQNOZ: Neftə tələbat ARTACAQ  

143538

“Neft yaxın gələcək üçün əvəzolunmazdır. Bizim proqnozumuza görə, 2045-ci ilə qədər qlobal neft tələbatı sutkada 110 milyon barrelə qədər artacaq. Bu da onu göstərir ki, həmin tarixə qədər ümumi enerji tələbatı 23% artacaq”.  

Bizim.Media “CNBC” agentliyinə istinadən xəbər verir ki, bunu “OPEC”in baş katibi Heysəm əl-Qais, Malayziyanın paytaxtı Kuala-Lumpurda “Energy Asia” konfransının açılışında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, 2045-ci ilə qədər neftin qlobal enerji balansında payı 29% səviyyəsində olacaq. 

OPEC rəsmisi onu da vurğulayıb ki neft-qaz sənayesi üçün maliyyə çatışmazlığı enerji sistemlərinin təhlükəsizliyini təhlükə altına qoya və qlobal enerji xaosuna səbəb ola bilər. 

Gələcəkdə bərpa olunan enerji mənbələrinin dünyanın enerji balansında böyük rol oynayacağını diqqətə çardıran baş katib əlavə edib ki, bəzi OPEC ölkələri artıq bu istiqamətə külli miqdarda vəsait yatırmağa başlayıblar. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO