“Dövlət şirkətlərinin borcları böyük problemlərə səbəb ola bilər” – İqtisadçıdan XƏBƏRDARLIQ

“Dövlət şirkətlərinin borcları böyük problemlərə səbəb ola bilər” – İqtisadçıdan XƏBƏRDARLIQ

Hazırda oxunan: “Dövlət şirkətlərinin borcları böyük problemlərə səbəb ola bilər” – İqtisadçıdan XƏBƏRDARLIQ

104946

“Azərbaycanda dövlət borcunun idarə olunması üzrə planlar ilk növbədə dövlət borcunun aşağı salınmasına yönəlib. Ümumi ifadə olunan mövqe kreditlərin getdikcə azalması yönündədir. Bu da doğru yanaşmadır. Digər tərəfdən, dövlət şirkətlərinin borclarının idarə olunması optimallaşdırılmalıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ölkəmizdə dövlət borcunun idarə olunması üzrə planların nələrdən ibarət olduğu barədə sualı cavablandırarkən deyib:

“Bu istiqamətdə dövlətin planları var. Amma alınan kreditlərin idarə olunmasının şəffaflığı da təmin edilməlidir. Azərbaycanın dövlət borcu ümumdaxili məhsula nisbətdə o qədər də çox deyil. Azərbaycanın xarici borcu ümumdaxili məhsulunun cəmi 18 faizi səviyyəsindədir. Bu isə böyük rəqəm deyil. Problem tendensiyanın artımı ilə bağlıdır. Hər il büdcədən 1 milyard dollara yaxın vəsait borcun faizinin ödənilməsi və qaytarılmasına xərclənir. Bu tendensiyada azalma olsa da, çox cüzidir.
Problem budur. Azərbaycan gələcəkdə daha böyük borc kreditinə düşə bilər. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası üçün hər il getdikcə daha böyük vəsaitlərə ehtiyac yaranacaq. Bu da onu göstərir ki, Azərbaycan tendensiya olaraq gələcəkdə daha çox borclana bilər. Dövlətin siyasəti bu borcun artım tempini aşağı salmaq, mümkün qədər kreditlərə az müraciət etmək və müraciət edilməsi qaçılmaz olduğu təqdirdə isə, daha aşağı və uzun müddətli kreditlərin əldə olunmasına çalışmaqdan ibarət olmalıdır”. 

Ekspert qeyd edir ki, hesablama qaydaları da problemlidir:

“Azərbaycan öz borcu kimi ancaq dövlət səviyyəsində götürdüyü borcları qeydə alır. Amma unutmayaq ki, dövlət şirkətləri olan SOCAR, AZAL, “Azərenerji”, “Azərsu”yun da borcları var. Məhz, bu borclar gələcəkdə daha böyük problemlərə səbəb ola bilər. Beynəlxalq Bankla bağlı problemi yaşayanda bunun şahidi olduq. Həmin bank dövlət bankı olduğundan və krediti dövlət zəmanətilə götürdüyündən 3 milyard dövlətə yaxın borcu dövlətin üzərində qaldı. Onların da ayrıca hesabatlılığı aparılmalı, həmin qurumlara daha ciddi nəzarət edilməli, alınan vəsaitin düzgün istiqamətə xərclənməsi yolunda olan problemlər aradan götürülməlidir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO