“Bayern”-PSJ oyunu niyə yarımçıq dayandırıldı? – Telekanaldan rəsmi CAVAB

“Bayern”-PSJ oyunu niyə yarımçıq dayandırıldı? – Telekanaldan rəsmi CAVAB

Hazırda oxunan: “Bayern”-PSJ oyunu niyə yarımçıq dayandırıldı? – Telekanaldan rəsmi CAVAB

611693

Ötən gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları baş tutub. Münhen “Bayern”i Almaniyada Parisin PSJ klubunu qəbul edib.

Azərbaycanda da maraqla gözlənilən oyunun ölkəmizdəki yayımı baş tutmayıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı matçın ölkəmizdəki yayım hüququna sahib olan “CBC Sport” telekanalının Xəbərlər və sosial media xidmətinin direktoru Şəmsəddin Abbasov trend.az-a açıqlama verib.

Kanal rəsmisi bildirib ki, problem texniki nasazlıqdan qaynaqlanıb.

“Avadanlıqdır, yandı, bizim əməkdaşlar sonadək düzəltməyə çalışdılar, lap yarımçıq da olsa, yayıma girmək istəyirdik, lakin heç nəyi düzəldə bilmədik, məsələ belə qaldı.

Tamaşaçılarımızdan üzr istəyirik. İnanırıq ki, bundan sonra bir daha belə hadisə təkrarlanmaz”, - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO