Kipr klubu “Neftçi”nin futbolçusunu transfer etmək istəyir

Kipr klubu “Neftçi”nin futbolçusunu transfer etmək istəyir

Hazırda oxunan: Kipr klubu “Neftçi”nin futbolçusunu transfer etmək istəyir
599698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Neftçi"nin futbolçusu Murad Məmmədov karyerasını Kiprdə davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Aris" 19 yaşlı vingeri transfer etmək istəyir. Bu barədə "Sport-fm.com.cy" saytı məlumat yayıb.

Muradın "Neftçi" ilə müqaviləsi 30 iyun tarixində başa çatır. Bu amil onu Limassol təmsilçisi üçün xüsusilə cəlbedici variant edir.

Xəbərdə qeyd olunub ki, "Aris" bir neçə aydır ki, futbolçunun durumunu yaxından izləyir.
 

Məmmədov kimi xüsusiyyətlərə malik oyunçunun transferi komandaya əlavə hücum variantı qazandırmaqla yanaşı, gələcək üçün sərmayə də ola bilər.


Qeyd edək ki, Murad Məmmədov "Neftçi"nin yetirməsidir. U-21 millimizin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.                                      

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO