"Nəriman komandamıza yeni nəfəs gətirəcək" - "Kolumbus Kru" rəsmisi

"Nəriman komandamıza yeni nəfəs gətirəcək" - "Kolumbus Kru" rəsmisi

Hazırda oxunan: "Nəriman komandamıza yeni nəfəs gətirəcək" - "Kolumbus Kru" rəsmisi
595594
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ təmsilçisi “Kolumbus Kru” Azərbaycan millisinin üzvü Nəriman Axundzadədən böyük gözləntilər içindədir.

Bizim.Media xəbər verir ki, bu barədə klubun baş meneceri İssa Toll komandanın mətbuat xidmətinə açıqlama verib. 

O, “Qarabağ”dan transfer olunan gənc futbolçu ilə bağlı fikirlərini bölüşüb:

“Nəriman komandamıza yeni nəfəs gətirəcək. Onun texnikası və meydanda göstərdiyi yüksək enerji bizim oyun fəlsəfəmizə tam uyğundur. O, fərqli xüsusiyyətləri ilə kollektivə əlavə dəyər qatacaq”.

Toll qeyd edib ki, Axundzadə gənc yaşına baxmayaraq, artıq həm ölkə çempionatında, həm Avropa arenasında, həm də milli komandada ciddi təcrübə toplayıb:

“Onu Kolumbusda görməkdən çox məmnunuq. Klubumuzda necə inkişaf edəcəyini böyük maraqla izləyəcəyik”.

Xatırladaq ki, Nəriman Axundzadə “Kolumbus Kru” ilə 2029-cu ilin iyununa qədər qüvvədə olacaq müqaviləyə imza atıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO