"Neftçi" "Kayrat"a böyük hesabla QALİB GƏLDİ

"Neftçi" "Kayrat"a böyük hesabla QALİB GƏLDİ

Hazırda oxunan: "Neftçi" "Kayrat"a böyük hesabla QALİB GƏLDİ
589911
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Əbu Dabidə keçirən “Neftçi” bu gün 2026-cı il üçün ilk yoxlama oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar" Qazaxıstan klubu “Kayrat”la qarşılaşıb. Matç "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Ağ-qaralar"ın qollarını 67-ci dəqiqədə Ağadadaş Salyanski, 89-cu dəqiqədə Vensan Abubakar və 90+2-ci dəqiqədə Murad Məmmədov vurublar.

“Neftçi” toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

"Neftçi" sonuncu görüşlə Əbu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.

Qeyd edək ki, "Neftçi" qış fasiləsinə 20 xalla 8-ci pillədə yollanıb. "Kayrat" isə Qazaxıstan Premyer Liqasının son çempionudur. Cari mövsümün tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan komanda hazırda turnirin sıralamasında 1 xalla sonuncu - 36-cıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO