De Brüyne "Qarabağ"a qarşı OYNAMAYACAQ

De Brüyne "Qarabağ"a qarşı OYNAMAYACAQ

Hazırda oxunan: De Brüyne "Qarabağ"a qarşı OYNAMAYACAQ
577516
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Napoli”nin futbolçusu Kevin De Brüyne zədələnib.

Bizim.Media xəbər verir ki, "İnter"lə görüşdə zədə alan belçikalı yarımmüdafiəçinin biceps femoris əzələsində yüksək dərəcəli yırtıq aşkarlanıb.

De Büyne artıq reabilitasiya proqramına başlayıb.
 

İtaliya mətbuatı ciddi əzələ zədəsi alan futbolçunun bir neçə aylıq sıradan çıxdığını yazib.


Onun 2026-cı ilin əvvəlinə qədər meydana çıxa bilməyəcəyi gözlənilir.

A seriyasının son turunda "İnter"lə görüşün 33-cü dəqiqəsində penalti zərbəsindən hesabı açan De Brüyne elə həmin an zədələnib.

Qeyd edək ki, 34 yaşlı futbolçu bu  mövsüm "Napoli"nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
 

Xatırladaq ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində  "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasında oyun noyabrın 26-da Neapolda keçiriləcək.


Bu isə o deməkdir ki, De Brüyne Ağdam klubu ilə görüşdə komandasına kömək edə bilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO