“Qarabağ” 6,8 milyon manat qazandı - FOTO

“Qarabağ” 6,8 milyon manat qazandı - FOTO

Hazırda oxunan: “Qarabağ” 6,8 milyon manat qazandı - FOTO
42715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi  "Qarabağ" UEFA Konfrans Liqasında "Kayrat"ı (Qazaxıstan) 2:1 hesabı ilə məğlub etməklə həm xallarının sayını 7-ə yüksəldib, həm də büdcəsini zənginləşdirib. 

Bizim.Media xəbər verir ki, Qazaxıstan təmsilçisi üzərində əldə edilən qələbə Qurban Qurbanovun komandasına 500 min avro ( 990 min manat) qazandırıb. 

Bu, qrup mərhələsində qazanılan hər qələbəyə görə UEFA tərəfindən verilən mükafatdır. Qitənin ali futbol qurumunun qrup mərhələsində qeydə alınan heç-heçəyə görə ayırdığı mükafat isə 166 min avrodur. 

"Qarabağ"ın keçirdiyi üç oyunda iki qələbə qazanıb, bir heç-heçə etməklə təkcə üç matçın nəticəsinə görə 1 milyon 166 min avro gəlir əldə edib. 
 

Ağdam təmsilçisi daha əvvəl 2 milyon 294 min avronu da qrup mərhələsinə vəsiqə qazandığı üçün əldə edib.  


Komandanın qrup mərhələsinə vəsiqə qazanması və keçirdiyi üç oyunda əldə etdiyi nəticələrə görə indiyədək 3 milyon 460 min avro qazanıb ki, bu isə 6 milyon 855 min manat gəlir deməkdir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO