Ayxan Abbasov: "Xırda məsələlər həll olunsa, millidən gələn təklifi qəbul edəcəm"

Ayxan Abbasov: "Xırda məsələlər həll olunsa, millidən gələn təklifi qəbul edəcəm"

Hazırda oxunan: Ayxan Abbasov: "Xırda məsələlər həll olunsa, millidən gələn təklifi qəbul edəcəm"
272738
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Şamaxı" Misli Premyer Liqasının 6-cı turunda doğma meydanda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün anım günüdür. Allah şəhidlərimizə rəhmət eləsin. Oyuna gəldikdə, "Araz-Naxşçıvan" iddialı komandalardandır. Biz də yaxşı hazırlaşmışdıq. İlk yarıda komandam çox yaxşı oynadı. Futbolçular istədiklərimizi daha yaxşı etməyə çalışırlar. Bəlkə də 2-ci qolu vura bilərdik. İkinci hissədə rəqib dəyişiklik etdi. Gənclərimiz inkişaf edirilər. Bizim üçün vacib xaldır. Uduzmamaq əsas prinsipimizdir. Amma udmaq istəyirdik. Təəssüf ki, zədəlilərimiz çoxalır. Buna hazır olmaq lazımdır.

- Milli komanda ilə adınız hallanır. Bu, "Şamaxı"dakı işinizə mane olmur?

- Çalışırıq ki, özümüz psixoloji olaraq hazır olaq. Onsuz da mövsümün əvvəlindən U-21 millisindəyik. Hər iki tərəfə eyni dərəcədə kökləninirik. Söz-söhbətlər normaldır. Mənə heç bir təsiri olmur.

- Əsas millinin baş məşqçisi postu üçün sizə rəsmi təklif olub?

- Bəli, təklif olub, danışıqlar gedib. Yəqib ki, yaxın günlərdə qərar veriləcək.

- Mətbuatda yazılanlara görə AFFA sizə 4 aylıq müqavilə təklif edib, amma siz daha uzunmüddətli sözləşmə istəyirsiz. Bu, nə dərəcədə doğrudur?

- Müddət söhbəti getmir. Tam peşəkarcasına danışıqlar gedir. Versiyaların yazılması normaldır. AFFA ilə danışığımızda müddət problemi yoxdur.

- Fransa ilə matçda baş məşqçi siz olacaqsız?

- Xeyirlisi inşallah. Milliyə kömək etməmək çətindir. Əgər bizə inam varsa, kənara çəkilmək olmaz. Xırda məsələlər var. Bunlar həll olunsa, təklifi qəbul edəcəm.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO