
- A-
- A
- A+
İdman
12:10 / 19.11.2024
1 dəq oxunma
“Real Madrid” Arda Gülərlə bağlı yekun qərarını verdi
Hazırda oxunan: “Real Madrid” Arda Gülərlə bağlı yekun qərarını verdi
221366
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İspaniyanın “Real Madrid” klubu türkiyəli futbolçu Arda Gülərlə bağlı yekun qərarını verib.
Bizim.Media xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Perez Türkiyə millisinin 19 yaşlı üzvünün komandada qalacağını bildirib.
Onun sözlərinə görə, istedadlı oyunçu icarə əsasında başqa kluba keçməyəcək: “Arda qış transfer dövründə bizimlə olacaq. Bu barədə heç bir şübhə yoxdur”.
Daha əvvəl futbolçunun az oynadığına görə başqa komandaya keçmək fikrində olduğu yazılmışdı.
Qeyd edək ki, bu mövsüm "Real Madrid"in heyətində 12 rəsmi matçda forma geyinən Arda Gülər 307 dəqiqə meydanda olub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































