Millimizin üzvü qol vursa da, komandası uduzdu

Millimizin üzvü qol vursa da, komandası uduzdu

Hazırda oxunan: Millimizin üzvü qol vursa da, komandası uduzdu

190851

Futbol üzrə Cənubi Koreya çempionatında 11-ci turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Qvanqyu” ilə qarşılaşıb və 1:2 hesabıyla məğlub olub. Anton da bu görüşün iştirakçısı olub.
O, 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da 15-ci dəqiqədə Krivotsyuk vurub. “Daejeon” hazırda 10 xalla 11-ci pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO