Millimizin üzvü məhsuldar ötürmə verdi, komandası uduzdu

Millimizin üzvü məhsuldar ötürmə verdi, komandası uduzdu

Hazırda oxunan: Millimizin üzvü məhsuldar ötürmə verdi, komandası uduzdu

187004

Futbol üzrə Niderland birinci divizionunda 34-cü turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə PSV-nin ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası 2:5 hesablı məğlubiyyətə üzülüb.

Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının ilk qolunun məhsuldar ötürməsini də milimizin futbolçusu verib. “Eyndhoven” hazırda 38 xalla 14-cü pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO