“Qarabağ” dünya reytinqinin ilk “50-liy”ində

Hazırda oxunan: “Qarabağ” dünya reytinqinin ilk “50-liy”ində

186345

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, siyahıda 507 klub qərar tutub.

Azərbaycanın 3 komandası cədvələ düşüb. Ən yüksək göstəriciyə “Qarabağ” nail olub. 13 pilləlik irəliləyişə nail olan Ağdam təmsilçisi ilk “50-liy”ə girib. Qurban Qurbanovun yetirmələri 176,75 xalla dünyanın 48-ci komandasıdır.

“Neftçi” 1, “Sabah” 4 pillə irəliləyib. “Neftçi” 62 xalla 377-ci, “Sabah” isə 58,75 xalla 413-cü yerdədir.

Qeyd edək ki, cədvələ “Mançester Siti” (401) başçılıq edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO