“Qarabağ” dünya reytinqində 9, “Neftçi” 20 pillə irəlilədi

“Qarabağ” dünya reytinqində 9, “Neftçi” 20 pillə irəlilədi

Hazırda oxunan: “Qarabağ” dünya reytinqində 9, “Neftçi” 20 pillə irəlilədi

181905

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Bizim.Media IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 402 komandadan ibarət siyahıya Azərbaycanın 2 təmsilçisi düşüb.

Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” 61-ci pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 164,75 xal var.

“Neftçi”də 20 pillə irəliləmə müşahidə edilib. “Ağ-qaralar” (60,75 xal) 398-ci yerdən 378-ci pilləyə yüksəlib.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (385 xal) başçılıq edir. 

İspaniya təmsilçisi “Real” (313 xal) ikinci, İtaliyanın “İnter” (307 xal) kollektivi üçüncü yerdədir.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO