Neymar Barselona”ya qayıdacaq - İDDİA

Neymar Barselona”ya qayıdacaq - İDDİA

Hazırda oxunan: Neymar Barselona”ya qayıdacaq - İDDİA

149654

Qətərli şeyx Mabhut Al-Marri sosial şəbəkələrdə “PSJ”nin hücumçusu Neymarın bu yay “Barselona”ya qayıdacağını yazıb.

Bu barədə Bizim.Media-ya “Mundo Deportivo” məlumat yayıb.

Nəşr iddia edir ki, Al-Marri hər iki klubun rəhbərliyinə yaxındır, hətta “Barselona”nın prezidenti Joan Laporta ilə dostdur.

Qeyd edək ki, avqustun 5-də Neymar sosial şəbəkələrdən “PSJ”nin futbolçusu olması ilə bağlı məlumatı silib.

31 yaşlı Neymar 2017-ci ildən “PSJ”də çıxış edir. Keçən mövsüm o, 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə edib, lakin aldığı zədə səbəbindən mart ayından meydana çıxmır.

O, Braziliya millisində 124 oyuna çıxıb, 77 qol vurub, 56 məhsuldar ötürmə edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO