"Barselona" Messiyə "Əl-Hilal"dan 33 dəfə az maaş təklif etdi

Hazırda oxunan: "Barselona" Messiyə "Əl-Hilal"dan 33 dəfə az maaş təklif etdi

138977

"Barselona" PSJ-nin hücumçusu Lionel Messiyə 2023-cü ilin yayında komandaya qoşulmaq üçün qeyri-rəsmi təklif edib .  

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Marta Ramon özünün “Twitter” hesabında məlumat verib. 

Bildirilib ki, klub 35 yaşlı argentinalı oyunçuya vergilər çıxdıqdan sonra 12-13 milyon avro maaş təklif edib. Futbolçu bu təklifdən razı qalıb. 

Daha əvvəl bildirilmişdi ki, vergilərdən sonra Messinin PSJ-də maaşı ildə 29 milyon avro təşkil edir. Lionel "Barselona"nın təklifini təsdiqləsə, onun maaşı 16 milyon avro azalacaq.Daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçuya hər mövsüm üçün 400 milyon avro ödəməyə hazır olduğu bildirilib. 
Beləlikə, "Barselona" Messiyə Səudiyyə Ərəbistanı klubundan 33 dəfə az maaş təklif edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO