“Qarabağ”, “Neftçi” və “Zirə” dünya reytinqində irəliləyiblər

“Qarabağ”, “Neftçi” və “Zirə” dünya reytinqində irəliləyiblər

Hazırda oxunan: “Qarabağ”, “Neftçi” və “Zirə” dünya reytinqində irəliləyiblər
115315
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Bizim.Media IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 502 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən 3-ü yer alıb.

Aktivində 139 xal olan “Qarabağ” ən yaxşı göstəriciyə malikdir. Ağdam təmsilçisi 7 pillə irəliləyərək 78-ci olub.

Siyahıda özünə yer tapan “Neftçi” və “Zirə”nin də reytinqdə irəliləyişi müşahidə edilib. “Ağ-qaralar” 385-ci yeri 290-cı pilləyə dəyişiblər. Qəsəbə təmsilçisi isə 577-cilikdən 478-ci yerə qədər yüksəlib. “Neftçi” 66,5, “Zirə” isə 50,25 xala malikdir.
İlk “3-lük”də müvafiq olaraq “Flamenqo” (Braziliya – 299 xal), “Palmeyras” (Braziliya - 284) və “Liverpul” (İngiltərə - 273) qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO