Rusiya Kiyevi raket atəşinə TUTDU – FOTO/VİDEO

Rusiya Kiyevi raket atəşinə TUTDU – FOTO/VİDEO

Hazırda oxunan: Rusiya Kiyevi raket atəşinə TUTDU – FOTO/VİDEO
226138
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 20-si səhər saatlarında Rusiya Kiyevi raketlərlə hədəfə alıb. 

Bizim.Media xəbər verir ki, nəticədə şəhərin bir neçə rayonunda dağıntılar qeydə alınıb.

Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, Qoloseyev rayonunda ofis binası, yol örtüyü və qaz borusu zərər görüb, beş avtomobil yanıb. Dnepr rayonunda isə tikintisi başa çatmamış bina zədələnib. Solomensk rayonunda bir binanın damı yanır. Şevçenkovski rayonunda da qəlpə düşmələri qeydə alınıb.

Kiyev meri Vitali Kliçkonun açıqlamasına əsasən, Qoloseyev rayonunda istilik magistralı zədələnib, Şevçenkovski rayonunda yanğın davam edir. 

“İki nəfər xəstəxanaya yerləşdirilib. Düşmənin hücumu nəticəsində Qoloseyev, Solomensk, Şevçenkovski və Dnepr rayonlarına qəlpələr düşüb. Binaların damında, həmçinin avtomobillərdə yanğınlar var. Qoloseyev rayonunda istilik magistralı zədələnib. Hazırda bütün fövqəladə xidmətlər əraziyə cəlb olunub”, - Kliçko qeyd edib.



Rusiya Kiyevi raket atəşinə TUTDU – FOTO/VİDEO - foto 1
Rusiya Kiyevi raket atəşinə TUTDU – FOTO/VİDEO - foto 2
Rusiya Kiyevi raket atəşinə TUTDU – FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO