Laçında “Can Laçın” adlı bayram yarmarkası başlayıb - FOTO/VİDEO

Hazırda oxunan: Laçında “Can Laçın” adlı bayram yarmarkası başlayıb - FOTO/VİDEO

171207

Böyük Qayıdışın ünvanlarından olan Laçın şəhərində hər ötən gün əlamətdar bir an olaraq yaddaşlara həkk olunur. İndi Laçında “Can Laçın” yarmarkasına start verilib.

Bizim.Media xəbər verir ki, Laçında Həkəri çayının kənarında düzənlənən “Can Laçın” yarmarkası həm də bayram ab-havası ilə laçınlılara xoş təəssürat bəxş edib. 

Yarmarkada Laçında istehsal olunan kənd təsərrüfatı məhsulları, müxtəlif əl işləri yer alıb. Bayram ab-havası ilə müşayiət olunan yarmarkanın açılış mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Bakı Abadlıq Xidməti MMC-nin, Laçın Abadlıq Xidməti ASC-nin, əməkdaşları və Laçın sakinləri iştirak edib.
Xüsusi nümayəndə Məsim Məmmədov çıxış edərək hər kəsə bayram təbrikini çatdırıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun gücü sayəsində Laçın öz azadlığına qovuşub. Laçında görülən quruculuq işləri sayəsində qısa müddətdə şəhərdə həyat öz axarına qayıdıb. Həmçinin 1500-dən çox sakinin yaşadığı Laçında əhalinin məşğulluğu üçün yaradılan iş yerlərindən danışılıb. Vurğulanıb ki, yarmarkanın adı təsadüfi deyil. 

Belə ki, Laçın torpağında yetişən, hər bir məhsula can dərmanı deyildiyi üçün indi həmin Laçın məhsulları Laçın yarmarkasında yer alır və “Can Laçın” yarmarkasının gələcəkdə Laçının bir brendinə çevriləcəyi bildirilib. Yarmarkada laçınlı xanımların və uşaqların hazırladığı əl işləri, arıçılıq məhsulları, kənd təsərrüfatı məhsulları yer alıb.

Yarmarkaya baxış keçirilib, sərgilənən məhsullar haqqında ətraflı məlumat verilib. Daha sonra konsert proqramı təşkil edilib. Bayram tədbirində maskotların çıxışı uşaqlar üçün əsl bayram ovqatı yaradıb. 

Qeyd edək ki, yarmarka iki gün davam edəcək.
 






Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO