Moldovanın Baş naziri Azərbaycana gələcək

Moldovanın Baş naziri Azərbaycana gələcək

Hazırda oxunan: Moldovanın Baş naziri Azərbaycana gələcək
95058
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrda Azərbaycana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovla bugünkü görüşündə bildirib.

Həmçinin oktyabrın 10-12-də Bakıda Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Həmin günlərdə ikitərəfli Sahibkarlar Forumu təşkil olunacaq.

Forum çərçivəsində hər iki ölkənin investisiya imkanları təqdim olunacaq.

"Bütün çətinliklərə baxmayaraq, Moldova xarici investorlar üçün cəlbedici məkan olaraq qalmaqdadır. Son dövrlərdə biz Belçika, Niderland, Türkiyə, ABŞ, Almaniya, Litva, Böyük Britaniya kimi ölkələrdən investisiya layihələrini cəlb edə bilmişik.
Biz Azərbaycanın iş adamları ilə investisiya əməkdaşlığını gücləndirmək istəyirik”. Report.az Qavrilitsanın dediklərindən sitat gətirib.

Baş nazir Moldovanın Azərbaycandan təbii qaz idxalı imkanlarını təhlil etdiyini və enerji sahəsində əməkdaşlığın gücləndirilməsində də maraqlı olduğunu vurğulayıb.

Bizim.Media

Moldovanın Baş naziri Azərbaycana gələcək - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO