Əraqçi: “İranın tələbləri yerinə yetirilərsə, Hörmüz boğazı açılacaq”

Əraqçi: “İranın tələbləri yerinə yetirilərsə, Hörmüz boğazı açılacaq”

Hazırda oxunan: Əraqçi: “İranın tələbləri yerinə yetirilərsə, Hörmüz boğazı açılacaq”
650325
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın ABŞ ilə danışıqlara dair iki günlük planı hələ də qüvvədədir.

Bizim.Media  “IRNA“ agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

A.Əraqçi İranın iki günlük planının hələ də masada olduğunu qeyd edərək deyib:

"Bu plan ağlabatan və balanslıdır. İranın tələbləri yerinə yetirilərsə, bu, qısa müddət ərzində Hörmüz boğazının açılmasına və yekun razılaşmaya nail olmaq üçün danışıqların başlanmasına səbəb ola bilər; lakin biz hələ onu həyata keçirmək mərhələsinə çatmamışıq".

O, İranın tələblərinin qəribə və ya yeni bir şey olmadığını bildirib.

“Vasitəçi ölkələr, yəni Qətər və Pakistan səylərini davam etdirirlər və tərəflər arasında bu planın həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq fikir mübadiləsi aparırlar”, - deyə nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO