Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, sülh danışıqlarında keyfiyyətcə yeni dinamika və real sıçrayış yalnız Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putinin görüşündən sonra mümkündür.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Onun sözlərinə görə, Kiyev sülh səylərini irəlilətmək üçün üçtərəfli (Ukrayna, Rusiya, ABŞ) görüşə hazır olduğunu növbəti dəfə təsdiqləyib.
Sibiqa vurğulayıb ki, bu görüş istər Donald Trampın, istərsə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə baş tuta bilər.
Nazirin sözlərinə görə, nümayəndə heyətlərinin görüşləri eyni məsələlərin dəfələrlə müzakirəsinə gətirib çıxarır, ən mürəkkəb suallara differsial nöqtəni isə yalnız dövlət başçıları qoya bilər.
Sibiqa xüsusi olaraq qeyd edib ki, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini məhdudlaşdıran heç bir sülh düsturu nə xalq, nə də prezident tərəfindən qəbul edilməyəcək.
Bizim.Media

































































































