Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında Türkiyəyə məxsus iki kommersiya gəmisinə dronlarla hücum edilib. Gəmilərdən biri batıb, onun ekipajının taleyi məlum deyil. Digər gəmidəki 18 dənizçi isə xilas edilib.
Bizim.Media xəbər verir ki, hücum nəticəsində Togo bayrağı altında üzən “Alfa Watan” gəmisi ciddi zədələnərək Bolqarıstan sahillərinin şərqində batıb. Ek
Palau bayrağı altında üzən “Able” gəmisində isə hücumdan sonra güclü yanğın başlayıb.
Gəmidəki 18 ekipaj üzvü onu tərk edib və Bolqarıstan bayraqlı “Dioscuria” bərəsi tərəfindən xilas olunub. Xilas edilənlərdən bəzilərinin yaralandığı bildirilir.
Dronların hansı tərəfə məxsus olduğu hələ müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:54 / 06.10.2026
Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO
Hazırda oxunan: Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO
Hazırda oxunan: Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO
640677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































