Dünyada 2,2 milyard insanın görmə problemi var

Dünyada 2,2 milyard insanın görmə problemi var

Hazırda oxunan: Dünyada 2,2 milyard insanın görmə problemi var

630069

Avqustun 8-i bir sıra ölkələrdə Beynəlxalq Oftalmologiya Günü kimi qeyd olunur.

Bizim.Media xəbər verir ki, 2004-cü ildən etibarən qeyd edilən təqvim günü sovet və rus mikrocərrah-oftalmoloqu, tibb elmləri professoru, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Nikolayeviç Fyodorovun xatirəsinə ehtiram əlaməti olaraq onun doğum gününə təsadüf edir.

Görmə insanın ən vacib hiss orqanlarından biridir və onun itirilməsi həyat üçün böyük faciə hesab olunur.

Görmə qabiliyyətinin zəifləməsi təkcə ətraf aləmin qavranılmasını çətinləşdirmir, həm də insanın sosial imkanlarını məhdudlaşdırır, fiziki narahatlıqla yanaşı psixoloji problemlərə də səbəb olur. Bu, insanın sevdiyi peşə və ya məşğuliyyətlə məşğul olmasına mane ola, peşə seçim imkanlarını daralda bilər.  

Məhz buna görə oftalmoloqların əsas məqsədi bu problemlərin qarşısını almaq və onları aradan qaldırmaqdır.

Dünyada göz xəstəliklərindən əziyyət çəkən insanların sayı olduqca çoxdur. Mütəxəssislərin məlumatına görə, dünyada təxminən 2,2 milyard insan müxtəlif dərəcəli görmə pozulması və ya korluqdan əziyyət çəkir. Onların 1 milyarddan çoxunda bu problemlərin qarşısını vaxtında profilaktika və ya müalicə ilə almaq mümkün idi. Xəstələrin böyük əksəriyyəti 50 yaşdan yuxarı insanlar olsa da, göz xəstəlikləri bütün yaş qruplarında müşahidə edilir.

Müasir oftalmologiya bir çox göz xəstəliklərinin müalicəsi üçün geniş imkanlara malikdir.Bununla yanaşı, həkimlər profilaktik tədbirlərin vacibliyini xüsusi vurğulayırlar.

Əsas tövsiyələrə zərərli vərdişlərdən imtina etmək, gözləri ultrabənövşəyi şüalardan qorumaq üçün keyfiyyətli gün eynəklərindən istifadə etmək, qanda şəkərin, arterial təzyiqin və xolesterinin səviyyəsinə nəzarət etmək, sağlam qidalanmaq, A vitamini, Omeqa-3 yağ turşuları və antioksidantlarla zəngin qidalar qəbul etmək daxildir. Həkimlər, xüsusilə uşaqlara uzun müddət qadcetlərdən istifadə etməməyi və 3D filmlərə həddindən artıq baxmamağı tövsiyə edirlər.
 

Maraqlıdır ki, vaxtilə çox məşhur olan Tetris oyunu bu gün bəzi oftalmoloqlar tərəfindən göz məşqlərində də istifadə olunur. Mütəxəssislər mütəmadi göz müayinəsindən keçməyin vacibliyini də xüsusi qeyd edirlər. Çünki bir çox göz xəstəlikləri erkən mərhələdə aşkar olunduqda tam müalicə edilə bilir.


Beynəlxalq Oftalmologiya Günü münasibətilə ənənəvi olaraq elmi konfranslar, simpoziumlar və peşəkar görüşlər keçirilir. Bu tədbirlərdə oftalmologiya sahəsində fərqlənən həkim və alimlərin fəaliyyəti yüksək qiymətləndirilir, beynəlxalq təcrübə mübadiləsi aparılır, müxtəlif ölkələrin

Həmçinin bu gün münasibətilə yüksək nəticələr əldə etmiş oftalmoloqlar mükafatlandırılır, göz xəstəliklərinin diaqnostikası və müalicəsi üçün hazırlanmış yeni tibbi avadanlıq və texnologiyalar nümayiş etdirilir.

Bir çox oftalmoloji mərkəz və institutlar Beynəlxalq Oftalmologiya Günündə vətəndaşlar üçün ödənişsiz konsultasiyalar, diaqnostik müayinələr, hətta bəzi hallarda cərrahi əməliyyatlar təşkil edir. Bu, insanların yüksək ixtisaslı mütəxəssislərin qəbuluna düşməsinə, peşəkar məsləhət və tibbi yardım almasına imkan yaradır. (azertag.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO